axin.az

SON DƏQİQƏ

Azərbaycanda amansız qətl: Gecə zəng edib çağırdığı qonşusunu küçənin ortasında öldürdü

9-05-2020, 14:57

Azərbaycanda amansız qətl: Gecə zəng edib çağırdığı qonşusunu küçənin ortasında öldürdüTərtərdə qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, ötən gün səhər saatlarında Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun küçədə meyiti tapılıb.

X.Zeynalovun meyitini səhəri gün şəhərin Cavanşir küçəsində təmizlik işləri aparan şəxslər tapıb.

Məlumata görə o, gecə saatlarında telefona zəng edilərək evdən çağırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, araşdırmalar zamanı X.Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürüldüyü müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA