axin.az

SON DƏQİQƏ

Qazaxıstan sərhədçiləri azərbaycanlılara atəş açıb, ölən və yaralananlar var

2-05-2020, 16:49

Qazaxıstan sərhədçiləri azərbaycanlılara atəş açıb, ölən və yaralananlar varAprelin 30-da Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları saxlanılıb.

"Axin.az" xəbər verir ki, sahil mühafizəçiləri Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovu saxlayan zaman silah tətbiq ediblər.

Nəticədə 1 Azərbaycan vətəndaşı ölüb, 2-si yaralanıb.

Hazırda ölən şəxsin nəşi Qazaxıstan tərəfdədir. Meyit hələlik Azərbaycana qaytarılmayıb.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

Nazir müavini Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA