Ötən bir gün ərzində İspaniyada koronavirus qurbanlarının sayı son dövr üçün məlumatlarla müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
“axin.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, son sutkada koronavirusdan 410-a qədər insan vəfat edib.
Bu, son 28 gün ərzində ən aşağı göstəricidir.
Epidemiyanın başlanğıcından ölkədə ümumilikdə 20 453 nəfər vəfat edib. İspaniyada koronavirus 195 944 pasiyentdə aşkarlanıb. Son bir gün ərzində 4 218 yoluxma qeydə alınıb.
Qeyd edilir ki, koronavirusa yoluxmuş 77 357 pasiyent sağalıb. Hazırda ölkədə 98 min koronavirus xəstəsi var.