axin.az

SON DƏQİQƏ

Moskvada 10 yaşlı uşaq futbol oynadığı vaxt güllələndi

29-03-2020, 10:58

Moskvada 10 yaşlı uşaq futbol oynadığı vaxt güllələndiRusiyanın paytaxtı Moskvadakı uşaq meydançasında futbol oynayan 10 yaşlı oğlan güllələnib.

"Axin.az"in "Mash" teleqram-kanalına istinadən verdiyi məlumata görə, məktəbliyə travmatik silahdan atəş açılıb. Şahidlər təcili yardım çağırıblar. Uşaq sinə yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Polis araşdırmalara başlayıb.

Hazırda Rusiya məktəblərində yaz tətilidir. Tətil müddəti koronavirus üzündən aprelin 12-dək uzadılıb.

Qeyd edək ki, bu gün İspaniya "Atletiko"su Futbol Akademiyasında təhsil alan 14 yaşlı Kristian Minçolanın vəfat etdiyi xəbərini yayıb. Yeniyetmə futbolçu Madrid komandasında 2013/2014 mövsümündən çıxış edirdi. Ölüm səbəbi açıqlanmır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA