Bakının Xəzər rayonunda kişi ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.
1969-cu il təvəllüdlü Məmmədov İnqilab Balazahid oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onun ürək və müxtəlif bədən nahiyələrinə bıçaq xəsarətləri yetirilib. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.