Misirin Qərbi Asuan - Qahirə magistral avtomobil yolunda bir minibusun yük maşını ilə toqquşması nəticəsində 14 sərnişin ölüb. Axin.az “Egyptindependent” nəşrinə istinadla xəbər verir ki, qəzada yaralanan bir nəfər yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Misirin yol polisi qəzanın səbəbinin sürət həddinin aşılması olduğunu bildirib. Asuan vilayət prokurorluğu insidentlə bağlı təhqiqat aparır.
Qeyd olunub ki, son aylarda Misirdə yol-nəqliyyat qəzaları nəticəsində həyatını itirənlərin sayı artıb. İki gün əvvəl də həmin magistral yolda baş vermiş ağır qəzada 6 nəfər ölüb. Misir hökuməti qəzaların qarşısını almaq üçün yol-hərəkət qaydalarını pozanlara qarşı cəzaların sərtləşdirilməsini nəzərdən keçirir.