Xalq artistləri Firəngiz Mütəllimova və Fatma Mahmudova yenidən eyni seriala çəkiliblər.
Axin.az xəbər verir ki, bundan öncə “Bacanaqlar” serialında qudaları canlandıran aktrisalar “Ailəmiz” adlı ekran işində isə qonşu obrazını canlandırıblar.
Ötən həftədən etibarən ATV-də başlayan serial komediya janrındadır. Ekran işində aktrisa Sevinc Əliyeva və aktyor Əlibəy Məmmədli də baş rolları canlandırır.
Qeyd edək ki, layihəni aktyor Elməddin Cəfərov ərsəyə gətirib.