axin.az

SON DƏQİQƏ

Polad Həşimov küçəsi... - FOTO

5-08-2020, 16:50

Polad Həşimov küçəsi... - FOTOŞəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri artıq hazırdır.

“Qafqazinfo”nun məlumatına görə, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşdiriləcək. Bununla bağlı müzakirələr yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrindən birinə onun adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlar verib.

Xatırladaq ki, Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə işğalçı Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA