axin.az

SON DƏQİQƏ

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO

24-06-2020, 12:13

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 13 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndinin ərazisindən axan çay kənarındakı kolların arasında C.Dibirovun gizlətdiyi bir ədəd sintetik torbada altı kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA