axin.az

SON DƏQİQƏ

Futbolçulardan maskalı etiraz –Şəkillər

16-03-2020, 19:57

Futbolçulardan maskalı etiraz –ŞəkillərBraziliyanın “Qremio” klubunun futbolçuları “San-Luis”lə ştat çempionatının oyununa maska taxaraq çıxıblar.

Axin.az xəbər verir ki, bununla onlar oyunların dayandırılmamasına etiraz ediblər. Komandasının 3:2 hesablı qələbəsindən sonra keçirilən mətbuat konfransında “Qremio”nun baş məşqçisi Renato Portaluppi bildirib:

“Biz maskanı ona görə taxdıq ki, hokumətə futbolçuların da insan olduğunu göstərək. Biz koronavirusdan sığortalanmamışıq. Stadionları bağlamağın mənası yoxdur. Düzdür, bununla azarkeşləri qoruyuruq. Amma futbolda işləyənlər kiminsə vecinə deyil. Bütün dünyada futbol dayanıb. Braziliya niyə əksinə hərəkət etməlidir?”

Qeyd edək ki, bu oyundan sonra Braziliya Futbol Konfederasiyası öz bayrağı altında keçirilən yarışların dayandırıldığını elan edib. Amma bildirilib ki, ştat çempionatı onların tabeliyində deyil. Buna görə də həmin turnirlə bağlı qərar verə bilməzlər.

Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər
Futbolçulardan maskalı etiraz –Şəkillər


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA