axin.az

SON DƏQİQƏ

ABŞ “doğum turizmi”ni nəzarətə götürür – Qaydalar sərtləşdiriləcək

20-01-2020, 14:48

ABŞ “doğum turizmi”ni nəzarətə götürür – Qaydalar sərtləşdiriləcək

ABŞ asan vətəndaşlıq əldə etmək üçün turist kimi ölkəyə gələrək uşaq dünyaya gətirən şəxslərə qarşı viza qaydalarını sərtləşdirməyi düşünür.

Bu barədə “Axios” dərgisi dövlət administrasiyasındakı mənbələrə istinadən məlumat verir.
Belə ki, turizm və işgüzar məqsədlər üçün verilən B növlü viza alanlara qoyulan tələblər sərtləşdiriləcək.

Mənbə məlumat verir ki, şərti olaraq “doğum turizmi” adlandırılan bu təzahür dövlət təhlükəsizliyi və kriminogen duruma təsirsiz ötüşmür.

ABŞ-da hər il “doğum turizmi” nəticəsində dünyaya gələn uşaqların sayı barədə dəqiq məlumat yoxdur, lakin ölkədə miqrasiya hesablamaları aparan mərkəzlərdən birinin məlumatına əsasən, hər il “doğum turizmi” nəticəsində 33 min körpə dünyaya gəlir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA