axin.az

SON DƏQİQƏ

Kraliça Elizabetə daha bir zərbə: Gəlini oğlunu da götürüb ölkəni tərk etdi

10-01-2020, 15:35

Kraliça Elizabetə daha bir zərbə: Gəlini oğlunu da götürüb ölkəni tərk etdiBöyük Britaniyada kral ailəsində qalmaqallar bitmək bilmir. Dünən krallığın imtiyazlarından imtina edən Meqan Markl bu gün oğlunu da götürərək Kanadaya gedib.

Bu barədə “Haber-7” məlumat yayıb.

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl cütlüyü altı həftəlik istirahətdən qayıtdıqdan sonra krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.

Ailə üzvləri ilə məsləhətləşmədən verilən bu qərar Kraliça II Elizabeti və ailənin digər üzvlərini şoka salıb.

İngiltərə mediası bu addımı Şahzadə Harri və xanımı ilə Kraliyyət ailəsinin digər üzvləri arasında böyük “çat” yaranmasının göstəricisi hesab ediblər.

Xatırladaq ki, Kraliça II Elizabetin Milad çıxışı əsnasında da masasında Harri və Meqan cütlüyünün fotosunun olmaması diqqət çəkmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA