ABŞ-ın prezidenti Donald Trampın müxaliflərindən olan amerikalı məşhur Hollivud aktyoru Robert De Niro, onu bir daha sərt tənqid atəşinə tutub.
İnterAz xəbər verir ki, Robert De Niro Tvitterdən Qasım Süleymaninin Əhvaz şəhərindəki cənazə mərasimindən video paylaşaraq, belə qeyd edib: “Bu Süleymaninin cənazəsidir, İranın Əhvaz şəhərində. Trampın nə etdiyindən xəbəri yoxdur”.
Robert De Niro bundan əvvəlki tvitində isə bunları qeyd etmişdi: “Prezidentimiz İranla müharibəyə başlayacaq, çünki danışıqlar aparmaq qabiliyyəti tamamilə yoxdur. Zəif və təsirsizdir ... Beləliklə, seçkidən əvvəl İrana hücum edəcəyini düşünürəm ... Bunun seçilməsinin yeganə yolu olduğunu düşünür. Məgər bu acınacaqlı deyil?”