axin.az

SON DƏQİQƏ

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

5-06-2020, 19:34

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşırSəudiyyə Ərəbistanında daha 2 591 nəfərə COVID-19 diaqnozu qoyulub.

“axin.az” xəbər verir ki, bu barədə məlumatı krallığın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, ölkədə virusa yoluxanların sayı 95 748-ə yüksəlib. Bildirilir ki, ötən sutkada 31 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 642-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA