Hollivud ulduzları Leonardo Di Kaprio təkcə aktyorluq istedadı ilə deyil, həm də xeyriyyə işləri ilə tanınır.
Axin.az xəbər verir ki, aktyor indi də Konqo Demokratik Respublikasındakı “Virunqa” qoruğuna dəstək kampaniyasına qoşulub.
Bu ərazidə nəsli kəsilmək üzrə olan dağ qorillaları yaşayır.
Di Kaprio şəxsi İnstaqram səhifəsində “Virunqa Fondu”na 2 milyon dollar (təxminən 3 milyon 400 min manat) yardım göndərdiyini bildirib.