axin.az

SON DƏQİQƏ

Antalyada anormal isti hava müşahidə edilib

18-05-2020, 10:55

Antalyada anormal isti hava müşahidə edilibBu gün Türkiyənin Antalya şəhərində havanın temperaturu 38,8 dərəcəyədək yüksəlib. May ayı üçün anormal istilər şəhərdə havanın temperaturunun ölçülməyə başladığı 1929-cu ildən indiyədək ilk dəfə müşahidə olunub.

Axin.az xəbər verir ki, şəhərdə bu günədək ən isti hava 1945-ci il mayın 26-da (38,7 dərəcə) qeydə alınıb.

Mütəxəssislər anormal hava şəraiti ilə bağlı vətəndaşları xəbərdar ediblər.

Xatırladaq ki, Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri ilə havanın temperaturunun yüksəlməsi gözlənilirdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA