axin.az

SON DƏQİQƏ

Gürcüstana səfər edəcək turistlərdən tibbi arayış tələb oluna bilər

12-05-2020, 11:14

Gürcüstana səfər edəcək turistlərdən tibbi arayış tələb oluna bilər
Gürcüstana səfər edəcək əcnəbi turistlərdən onlarda koronavirusun olmadığını təsdiqləyən tibbi arayış tələb oluna bilər.

"Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili "Palitranews" kanalına bildirib.

Onun sözlərinə görə, Ümumdünya Turizm Təşkilatı mayın 25-də turist səfərləri üçün tövsiyələr təqdim edəcək.

M.Kvrivişili deyib ki, Gürcüstan strateji hədəf ölkələrlə sıx əməkdaşlıq edir: "Həmin ölkələr və Gürcüstan arasında təhlükəsiz dəhlizin formatı barədə razılıq əldə ediləcək. Dəhliz vasitəsilə turistlərin qarşılıqlı səfərləri mümkün olacaq".

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul etməyə hazırlaşır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA