axin.az

SON DƏQİQƏ

İran öz gəmisini vurdu: Ölənlər və yaralananlar var - YENİLƏNİB

11-05-2020, 13:02

İran öz gəmisini vurdu: Ölənlər və yaralananlar var - YENİLƏNİBOman körfəzində İranın keçirdiyi hərbi təlim zamanı baş verən insident nəticəsində azı 19 nəfər ölüb, 15 nəfər yaralanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidməti xəbər yayıb.

Yaralıların vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb.

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Jamaran” freqatı hərbi təlim zamanı səhvən tədbirdə iştirak edən digər hərbi gəmini atəşə tutub.

Bu barədə İranın “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter”də xəbər verib.

Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib. “Jamaran”dan buraxılmış gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

Hadisə nəticəsində onlarla insan yaralanıb. İki nəfərin öldüyü bildirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA