axin.az

SON DƏQİQƏ

İsraildə koronavirusa yoluxanların sayı azalıb

9-05-2020, 11:24

İsraildə koronavirusa yoluxanların sayı azalıbİsraildə koronavirusa yoluxanların sayı 195 nəfər azalaraq 4 962-yə çatıb.

“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 27 yeni yoluxma qeydə alınıb. Ümumilikdə 16 436 nəfərdə koronavirus testi müsbət nəticə vermişdi.

Koronavirusdan ölənlərin sayı dəyişməz olaraq qalıb - 245 nəfər. İndiyədək 11 229 xəstə sağalıb. Hazırda 78 pasiyentin vəziyyəti ağırdır, 63 nəfərin süni nəfəs aparatına ehtiyacı var.

İsrail tədricən karantin rejimindən çıxmağa başlayıb. Ölkədə bazarlar və ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA