axin.az

SON DƏQİQƏ

Marneulidə 71 mindən çox insan tibbi yoxlamadan keçirilib

29-03-2020, 11:37

Marneulidə 71 mindən çox insan tibbi yoxlamadan keçirilib

“Marneuli əhalisi arasında temperaturun termoskrininq metodu ilə ölçülməsi prosesi fəal şəkildə davam etdirilir”.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Marneuli rayonunun icra başçısı Zaur Darğallı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, rayonda artıq 71 mindən artıq insan tibbi yoxlanışdan keçirilib: “Bu işlər bütün bələdiyyə üzrə davam etdiriləcək. Artıq bəzi kəndlərdə yüksək temperaturu olan bir neçə şəxs müəyyən olunub. Onlarda virus aşkarlanmasa da, tibbi nəzarətə götürülüblər”.

Z.Darğallı termoskrininq metodunu çox effektiv adlandırıb: “Məhz bu üsulla yoxlama zamanı Bolnisidə yüksək hərarətli bir nəfər müəyyən olunub. Tibbi yoxlanış zamanı onun koronavirusa yoluxduğu təsdiqlənib”.

İcra başçısı bu günə qədər Marenulidə 700-ə yaxın ailəyə ərzaq yardımının göstərildiyini deyib: “Yerli biznes nümayəndələri bu kampaniyaya fəal qoşulurlar. Buna görə onlara minnətdarlığımı bildirirəm. Rayonda iki minə yaxın imkansız ailə və evdən çıxa bilməyən vətəndaşlara bu yardımın göstərilməsi davam etdiriləcək. Bu sayın artacağı gözlənilir”.

Rayon rəhbəri qeyd edib ki, Gürcüstanın Daxili İşlər Nazirliyi fövqəladə vəziyət və ciddi karantin rejimi qaydalarını pozan vətəndaşları cərimələməyə başlayıb: “Marneulidə də artıq bir neçə şəxs üç min lari məbləğində cərimələnib. Evdə qalmaqla bağlı saysız çağırışlara baxmayaraq, təəssüf ki, buna əməl etməyənlər var. Hamını öz sağlamlıqları naminə evdən çıxmamağı ciddi şəkildə tövsiyə edirik”.

Qeyd edək ki, Marneulidə martın 23-dən etibarən ciddi karantin rejimi tətbiq olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA