axin.az

SON DƏQİQƏ

Gürcüstanda koronavirusa yoluxma sayı 80-i ötdü

27-03-2020, 13:17

Gürcüstanda koronavirusa yoluxma sayı 80-i ötdüGürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 81-ə çatıb.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır.

Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların 13-ü sağalıb. Hazırda aktiv virus xəstələrinin sayı 68 nəfər təşkil edir.

COVID-19-a yoluxma halları 199 ölkədə və bölgədə aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA