axin.az

SON DƏQİQƏ

İspaniyada koronavirusa görə fövqəladə rejimin müddəti uzadılıb

26-03-2020, 15:40

İspaniyada koronavirusa görə fövqəladə rejimin müddəti uzadılıb
Koronavirus pandemiyasına (COVİD-19) görə İspaniyada fövqəladə rejimin müddəti uzadılıb.

“Axin.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, martın 14-də elan edilən və martın 29-da bitməsi nəzərdə tutulan rejim aprelin 11-dək uzadılıb.

Bununla bağlı ölkə parlamentində səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, 15 günlük rejim daha iki həftə uzadılıb. Fövqəladə rejimlə əlaqəli ölkədə ancaq xəstəxanalar, apteklər və marketlər açıq olacaq. Metro, avtobus, qatar və təyyarə səfərlərinin sayı da azaldılıb.

Eyni zamanda fövqəladə rejimin tələblərini pozanlar cərimə edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA