Türkiyədə bir sutka ərzində yeddi nəfər koronavirusdan ölüb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında yazıb.
O ənənəvi hesabat tipli statusunda bildirib ki, sutka ərzində edilən 3672 koronavirus testinin 293-ü pozitiv çıxıb.
Nazir həmçinin gənclərə müraciət də edib:
“Epidemiyanın xaricində deyilsiniz. Riskli hərəkətlər etməyin. Riski evinizə daşımayın. Evdə qalın. Həyat evə sığar”.