axin.az

SON DƏQİQƏ

Koronavirus o ölkədə də aşkarlandı - Milyonlarla insan təhlükədə

2-03-2020, 10:50

Koronavirus o ölkədə də aşkarlandı - Milyonlarla insan təhlükədə

İndoneziyada ilk koronavirus faktı qeydə alınıb.

Axin.az Publika.az xəbər verir ki, bu barədə “Qardian” informasiya yayıb.

İndoneziya Prezidenti Coko Vidodonun açıqlamasına yer verilən xəbərdə bildirilib ki, ölkədə 2 koronavirus daşıyıcısı aşkarlanıb.

Virusa yoluxanlar Yaponiyada karantində saxlanılan “Diamond Princess” gəmisindən təxliyə olunan 64 yaşlı qadın və 31 yaşlı qızıdır. Onlar Sebaru adasında müşahidədə saxlanılacaq.

Bundan başqa, həmin gəmidən ötən gecə təxliyə edilən 68 indoneziyalı həmin adada karantində olacaq.

Qeyd edək ki, İndoneziyanın 265 milyon əhalisi var.

Koronavirus dünya miqyasında 89 077 nəfərə yoluxub. Onlardan 45 146 nəfəri sağalıb, 3 053 nəfər isə ölüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA