Dünyaca məşhur aktyor Conni Depp və keçmiş arvadı, aktrisa Ember Herd arasındakı məhkəmə prosesi davam edir.
Axın.Az bildirir ki, Emberin ona şiddət göstərdiyini iddia edən aktyor, indi də məhkəməyə eks-həyat yoldaşının əməllərini təsdiq edən 100-ə yaxın səsyazısı və videogörüntü təqdim edib.
Səsyazılarının birində aktrisa bunları deyir:
"Mən səni vurmuşam. Bilmədim bu necə baş verdi. Amma sən yaxşısan. Bağışla ki, sənin üzünə necə lazımdı vurmadım. Əgər sənin üstünə tava və ya qazan atsaydım heç bununla da soyumazdım. İlahi, bəzən elə hirslənirəm ki, dəli oluram".