Türkiyə Silahlı Qüvvələri müxalif qüvvələrlə birlikdə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyatları dayandırıb.
"Axin" "StepNews"a istinadən xəbər verir ki, bu qərar rəsmi Ankaranın göstərişi ilə qəbul edilib.
Əməliyyatlar Rusiya heyəti ilə Türkiyə paytaxtında aparılan müzakirələrdən sonra dayandırılıb.
*** 14:10
Suriyada müxalif qüvvələr Serakib şəhərində əməliyyata başlayıb.
“Axin” “Al Jazeera”ya istinadən xəbər verir ki, əməliyyat Türkiyə artilleriyasının dəstəyi ilə İdlib bölgəsinin şərqində rejim qüvvələrinə qarşı keçirilir.
Qeyd edək ki, Serakib şəhəri bir müddət öncə Bəşşar Əsədə sadiq qüvvələrin nəzarəti altına keçib.