axin.az

SON DƏQİQƏ

Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub

25-01-2020, 21:38

Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunubSalyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni binasının açılışı olub.

Bu barədə "Axin.az"a fonddan məlumat verilib.

Açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, Təhsil Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, müəllim və şagirdlər iştirak ediblər.

Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilib. Birmərtəbəli məktəb binası qəzalı vəziyyətdə olduğundan yeni məktəb binasının tikintisi zərurəti yaranmışdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2019-cu ildə 180 şagird yerlik ikimərtəbəli binanın tikintisi həyata keçirilib.

Məktəbdə 14 sinif otağı ilə yanaşı laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalı, yeməkxana var.

Binada istilik sistemi qurulub, məktəb inventar və texniki vasitələrlə təchiz edilib.

1084 nəfər əhalisi olan Ərəbqardaşbəyli kəndindəki yeni məktəbdə hazırda 117 şagird təhsil alır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA