axin.az

SON DƏQİQƏ

"Azsığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

15-05-2020, 16:21

"Azsığorta"nın səhmdarlarının yığıncağı keçiriləcəkİyunun 16-da, saat 10:00-da “Azsığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Axin.az” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Azsığorta"nın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici qurumunun nizamnamə kapitalına investisiya qoyması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA