Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov vəzifəsindən azad edilib.
Bunu “Report”a açıqlamasında nazirliyin Mətbuat katibi İradə ibrahimova deyib.
O bildirib ki, Ə.Qaralov yaşla əlaqədar təqüdə göndərilib: “Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi vəzifəsinə təyinat yoxdur. Hazırda həmin vəzifəyə kadr təyinatı məsələsinə baxılır”.
Qeyd edək ki, Əziz Qaralov 1977-ci ildən geoloq kimi fəaliyyət göstərib.