axin.az

SON DƏQİQƏ

Bakıda azyaşlıların yol hərəkəti qaydalarını pozması nəzarətə götürülüb - RƏSMİ

17-02-2020, 14:00

Bakıda azyaşlıların yol hərəkəti qaydalarını pozması nəzarətə götürülüb - RƏSMİ“Məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində həyata keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra edilir”.

Bunu azyaşlılar tərəfindən yol hərəkət qaydalarının pozulması ilə bağlı mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, uşaq hüquqları üzrə vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır:

“Təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəkələrdə, mətbuatda uşaq hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar da nəzarətə götürülür, yoxlanılır, araşdırılır və müvafiq tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra edilir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA