axin.az

SON DƏQİQƏ

Şəmkirin icra başçısının BAŞI DƏRDDƏ - Ona cinayət işi açıla bilər

15-01-2020, 14:47

Şəmkirin icra başçısının BAŞI DƏRDDƏ - Ona cinayət işi açıla bilərŞəmkir rayon icra hakimiyyətinin icra başçısı Alimpaşa Məmmədova cinayət işi açıla bilər. Bu barədə Axin.az-a mötəbər mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Alimpaşa Məmmədov bu gün barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi çoxdan müvafiq dairələrin diqqətini cəlb edib.

Mənbənin dia.az-a söylədikləri: "Alimpaşa Məmmədov konkret olaraq keçən ili 230 min manatla, bu ili isə 180 min manat kəsirlə başa vurub. Bütün bunlar isə vacib məsələdir və rəsmi etiraf olunan yeyintidir. Deməli, ortada daha böyük yeyinti faktları ilə bağlı şübhələrə əsas var. Vergi orqanlarından məhz korrupsiya faktına görə qovulmuş Alimpaşa Məmmədovun təkrar olaraq yoxlanılması ona qarşı daha böyük ittihamların irəli sürülməsinə rəvac verə bilər".

Mənbə iddia edir ki, artıq bu yöndə ciddi hərəkətlənmə var: "Yaxn vaxtlarda "effekti" görünəcək..."

Xatırladaq ki, Ağstafa RİH rəhbəri Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov məhz korrupsiya ittihamları həbs olundular. İndi də oxşar aqibətin Alimpaşa Məmmədovu gözlədiyi deyilir.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA