Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Axin.az-in Qərb Mərkəzinin məlumatına görə, rayonun İnstitut qəsəbəsində “Mercedes” markalı avtomobil kombayna çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və onun sərnişini, 1998-ci il təvəllüdlü Ləman Süleymanzadə hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.