axin.az

SON DƏQİQƏ

"4 aylıq maaşımı ala bilmirəm" - GİLEY

31-07-2020, 09:49

"4 aylıq maaşımı ala bilmirəm" - GİLEY
Zəngilan rayonundan olan məcbur köçkün Məmmədov Məmmədqulu “188” yükdaşıma şirkətindən 4 aylıq maaşını ala bilmədiyini qeyd edir.

Bu barədə şikayətçi özü Lent.az -a danışıb. O, bildirib ki, ötən ilin sentyabr ayından bu ilin may ayınadək “188” yükdaşıma şirkətində sürücü kimi çalışıb. Mayın 21-də isə yaşına görə işdən çıxarılıb:

"4 aylıq maaşımı ala bilmirəm" - GİLEY

“Mayın 21-də dedilər 56 yaşın var, artıq bizimlə işləyə bilməzsən və buna görə də işdən kənarlaşdırıb yük maşınını məndən aldılar. Aylıq 400 manat maaş alırdım. Fevral, mart, aprel və may ayının 21 gününün maaşını vermirlər. Mayın 21-dən bu günədək işsizəm. DİN-ə, prokurorluğa müraciət ünvanladım, hələ ki, bir cavab yoxdur. Nə edəcəyimi bilmirəm. Özüm Zəngilan rayonundan məcburi köçkünəm. Yataqxanada yaşayıram”.
Məsələ ilə əlaqədar, “188” yükdaşıma şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin mühasibi Fərid adlı şəxs zəngimizə cavab vermədi. Səfər adlı kassir isə “Şirkətin rəhbəri var, mühasibatı var, onlarla əlaqə saxlayın. Məni bu işlə bağlı narahat etməyin” deyərək, danışmaqdan imtina etdi. Zəng mərkəzi isə telefonumuzu açsa da, bizə heç bir kömək edə bilməyəcəyini dedi. Faktla bağlı qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA