axin.az

SON DƏQİQƏ

"Azərbaycan Dəmir Yolları" QSC-də DEZİNFEKSİYA YEYİNTİSİ... - İDDİA

16-03-2020, 13:33

"Azərbaycan Dəmir Yolları" QSC-də DEZİNFEKSİYA YEYİNTİSİ... - İDDİA"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Mötəbər mənbədən Axin.az-a verilən informasiyada qeyd olunur ki, son günlər bütün dünyanı sarsan koronavirus təhlükəsi ilə bağlı bu günlərdə dəmiryolu idarəsinin binasında dezinfeksiya işləri həyata keçirilsə də, quruma aid qatarlarda doğru-dürüst bu iş həyata keçirilmir.

Redaksiyamıza "Azərbaycan Dəmir Yolları" QSC-nin adının çəkilməməsini istəyən əməkdaşı bildirib ki, sözügedən qurumda dezinfeksiya işlərinə, ümumiyyətlə, koronavirus təhlükəsinə sanki dırnaqarası yanaşılır:

"Dəmir yolunun binasını xlorladılar, amma qatarlar qaldı. Binanı da bir dəfə xlorlayıblar, onun üstündən xadimələr qırx dəfə təmizlik işi aparıblar. Yəni sonrakı müddət boyunca dezinfeksiya işləri nəzərə alınmayıb. Əsas təhlükə isə qatarların durumudur. Aşkar görünür ki, burada da yeyinti faktı var. Yəni koronavirusdan dezinfeksiya adı altında pullar ayrılsa da, təyinatı üzrə xərclənməyib. Yəqin müvafiq qurumlar bu məsələ ilə bağlı Cavid Qurbanova iradlarını çatdıracaq..."

Axin.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA