Türkiyədə mənzillənmiş azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimova qarşı bir müddət əvvəl qaldırılmış və onun fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham olunduğu cinayət işi “dəlillərin yetərsiz olduğu” üçün bağlanıb. Lakin Mənsimova qarşı dərhal yeni cinayət işi açılıb.
Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Yeni Akit” qəzeti yazır. Qəzet Mənsimova qarşı açılan ikinci cinayət işinin təfərrüatları barədə məlumat vermir, eyni zamanda qeyd edir ki, iş adamının bu dəfə nədə ittiham olunduğu məlum deyil.