Baş Nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevə məxsus şirkət üzə çıxıb.
Axin.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənli bildirib ki, E.Əfəndiyev 2011-ci ildə təsis edilmiş, 2015-ci ilin aprelində yeni adla qeydiyyatdan keçmiş "Tərəqqi-ARNK" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və qanuni təmsilçisidir: "Şirkət əvvəllər "TƏRƏQQİ-NK" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ adı altında fəaliyyət göstərib, hökumət sifarişi üçün təsis edilib və Elmlər Akademiyası metrosu yaxınlığında, H.Zərdabi küşəsi 74-də Nazirlər Kabinetinin işçiləri üçün 20 mərtəbəli bina inşa edib. "TƏRƏQQİ-ARNK" MMC NİZAMİ RAYONU, ŞİRİN MİRZƏYEV, ev 79, m. 24-də hüquqi qeydiyyatdadır. Həmin ünvanda daha bir şirkət - "TAHİROV GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ