Türkiyənin Elazığ vilayətində meydana gələn dəhşətli zəlzələ Yaxın Şərq ölkələrində də hiss edilib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Xəbərdə bildirilir ki, zəlzələ ətraf vilayətlərdən başqa, Suriya, İraq, Gürcüstan və Livanda hiss olunub. Fələstinin şimal və mərkəzi bölgələrində isə baş verən təkanlara görə sakinlər küçəyə axışıblar.
Xatırladaq ki, dünən Türkiyənin Elazığ və Malatya vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sıra yaşayış binası uçub. Dağıntılar altında qalan insanların çıxarılması davam etdirilir.
Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.