Müğənni Elvin Abdullayev "Röyamdasan" adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.
Axin.az xəbər verir ki, bəstənin sözləri Zeynəb Ədalətqızı, musiqisi ifaçının özünə məxsusdur.
2020-ci ildə ilk işini təqdim edən Elvin sənətdəki yeniliklərindən danışıb. O bildirib ki, hazırda bir neçə mahnı üzərində çalışır:
"Çoxdandır klip çəkdirmirəm. Bu il planda bir neçə mahnıya klip çəkdirmək də var. Hazırda başqa mahnılar üzərində işləyirəm. Heç vaxt ruhdan düşmürəm, düşmərəm də".