Küveytdə keçirilən bir toy mərasimində gözlənilməz olay baş verib.
Axin.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, Fələstindən olan din alimi bir gəncin kəbinlərinin kəsilməsi zamanı çıxış edərkən dünyasını dəyişib.
Küveytdə qaçqın kimi yaşayan fələstinli molla Mahmud Abdulbaki gənclərə Peyğəmbərimizin(s.ə.s.) həyatından danışarkən, onun ər-arvad münasibətləri, ailə səadəti barədə hədislərindən misallar çəkərkən anidən “La ilahə illəllah” deyərək huşunu itirib və bir neçə saniyə sonra ona yanaşanlar artıq İslam aliminin dünyadan köçdüyünü anlayıblar.
Mahmud Abdulbaki Fələstində doğulub. Küveyt unuversitetində dini təhsil alıb. O, bütün ömrü boyu xeyriyyəçiliklə məşğul olub.
Din aliminin sonuncu çixişi və can verməsi mobil telefonlar vasitəsi ilə anbaan çəkilib.
Sultan Laçın