Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin olduğu hava limanına ABŞ hava qüvvələri tərəfindən endirilən raket zərbəsini əks etdirən video sosial şəbəkələrdə yerləşdirilib.
“Axin.az” xəbər verir ki, raket zərbəsinə tuş gələn iki avtomobildən birində general Süleymani də olub. Onunla bir yerdə daha 10 nəfər həlak olub.