Samuxda məktəb direktorunun müəllimi döydüyü iddia edilir.
“Xəzər Xəbər” məsələ ilə bağlı rayonun Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdə olub.
İbtidai sinif müəllimi Şəhla Quliyevanın sözlərinə görə, məktəbin yeni direktoru vəzifəyə təyin olunduğu gündən onunla kobud davranıb. Sonuncu mübahisə isə xoşagəlməz halla nəticələnib.