Təəssüf ki, Azərbaycanda karantin dövründən bəzi işbazlar öz mənafelərinə uyğun şəkildə istifadə edirlər.
Söhbət Şamaxıda taksi fəaliyyəti ilə məşğul olan bəzi işbazlardan gedir. Belə ki, bəzi sürücülər mövcud vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə artırıblar.
Qiymətlərin qəfil artması isə sərnişinlər üçün gözlənilməz olub. Əvvəllər sərnişinlər 5 manat ödəməklə getdikləri yolu hazırda iki dəfə baha - 10 manata hərəkət etməli olublar.
Sürücülər isə qiymət artımını mövcud vəziyyətlə əlaqədar sərnişin azlığı ilə əlaqələndirirlər.
Məsələ ilə bağlı daha ətraflı Baku.TV-nin əməkdaşlarının hazırladığı süjetdə tanış ola bilərsiniz: