"Yuventus"un futbolçusu Duqlas Kosta özünün "İnstaqram" səhifəsində məşq videosu yerləşdirib.
Axin.az xəbər verir ki, videoda braziliyalı yarımmüdafiəçinin iti ilə etdiyi məşq yer alıb. D.Kosta paylaşdığı video ilə bağlı bu sözləri yazıb: "Mənim karantinim belə keçir".
Qeyd edək ki, "Yuventus"da futbolçular da daxil olmaqla ümumilikdə 121 nəfər karantinə alınıb.