Yüngül çəkili təyyarə Rusiyanın cənub-şərqində yerləşən Baykal gölünə eniş edib.
Life.ru xəbər verir ki, mütəxəssislər təyyarənin göl üzərinə eniş etməzdən əvvəl buzun ağırlıq götürmə dərəcəsini tədqiq ediblər.
Pilotlardan biri qürub vaxtı donmuş Baykal gölünün üzərinə enməkdən xüsusi zövq aldıqlarını bildirib.