Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu "Survivor" yarışı dünən TV8 ekranlarında yenidən start götürüb.
Milli.Az xəbər verir ki, hər kəsin böyük maraqla gözlədiyi yarışda ilk dəfə Azərbaycan iştirakçısı da çıxış edir. Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin dünyaca məşhur yarışında "Ünlülər" ("Məşhurlar") komandasında yer alıb.
Amma dünya çempionunun çıxışı gözlənilən kimi uğurlu başlamayıb. Pərviz ilk güc oyununda "Könüllülər"in ən iddalı iştirakçısı Yasin Obuzla "kəllə-kəlləyə" gəlib. Digər iştirakçılar tərəfləri sakitləşdirə biliblər.