İdlibdə vurulan Suriya Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterinin yeni görüntüləri yayılıb.
Bu barədə “Al Arabiya” telekanalı “Twitter” hesabında paylaşım edib.
Görüntülərdə yerə çırpılan helikopterin yanması və pilotların cəsədləri əks olunub.
Xatırladaq ki, İdlib şəhərinin Serakib ərazisində müxalif qüvvələr tərəfindən vurulan hərbi helikopter yanaraq yerə çırpılıb.