Müğənni Şəbnəm Tovuzlunun "Şou ATV" verilişinə geyindiyi paltarı müzakirələrə səbəb olub.
Axin.az xəbər verir ki, sənətçi sarı kostyumu ilə qara transparan kofta geyinib.
Hərəkət etdikcə Şəbnəmin qısa koftası yuxarı qalxıb. İfaçı isə hər dəfə əli ilə ya qarnını örtməyə, ya da koftasını aşağı dartmağa çalışıb. Şəbnəmin bu hərəkəti sosial şəbəkədə də tənqid edilib.
Şəbnəm proqram zamanı qızından bəhs edib. O bildirib ki, övladı sosial şəbəkələrdən istifadə etmir:
"Qızım oxuyur, ciddidir. Şou-biznesdən uzaq gəzir".