Əməkdar artist Lalə Məmmədovanın atası, professor Nadir Məmmədov medala layiq görülüb.
Axin.az xəbər verir ki, bu barədə L.Məmmədova məlumat paylaşıb. O, atası N.Məmmədovun “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görüldüyünü bildirib.
L.Məmmədova Prezident İlham Əliyevə, Təhsil naziri Ceyhun Bayramova və BDU-nun rektoru Elçin Babayevə təşəkkürünü bildirib.
Qeyd edək ki, L.Məmmədova da filologiya üzrə fəlsəfə doktorudur.