Aktrisa Pərvin Abıyeva Xalq artisti Rasim Balayevlə jurnalist İsmayıl Cəlilovun müzakirələrə səbəb olan söhbəti barədə paylaşım edib.
P.Abıyeva Rasim Balayev cinsi azlıqlarla bağlı fikrini səsləndirərkən aparıcının “Mən özüm də geyəm” deməsinə qəzəblənib.
O bildirib ki, R.Balayevin adını bu cür söhbətlərlə ləkələmək olmaz:
“Rasim bəy dəyərli sənətkardır. Onu bu cür media oyunlarına alət etməyin. Adamın öz ağırlığı, səviyyəsi var. Heç “cinsi azlıq” sözünü deyə bilmir. Adamı ləkələməyin. İllərdir öz ağırlığını qoruyub saxlayıb. Bu nə mövzudur?! Rasim bəyi belə söhbətlərdən uzaq tutun!”
Axın.az