Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına təhqir yazan psixoloqun fotolarını yayımlayaraq, ona cavab verib.
Sənətçi Adilə adlı həkim-psixoloqun bütün onunla bağlı paylaşımlarda qeyri-etik ifadələr yazdığını vurğulayıb. Pərvin bunları yazaraq, həmin şəxsin ondan üzr istəməsini tələb edib:
"Sosial şəbəkələrdə haqqımda təhqir dolu ifadələr səsləndirir, şərhlər yazır. Onun özü, nəsli məndən üzr istəməyincə, şəkillərini profilimdə paylaşacağam. Özünə həkim-psixoloq deyən bu qadın haqqımda paylaşılan xəbərlərə ləyaqətsiz sözlər yazır. Özünüzün, uşaqlarınızın psixologiyasını korlamaq istəmirsinizsə, onun yanına getməyin. Yoxsa, sizi də öz gününə qoyacaq. Sənin günün qara oldu".